Accessibility links

Belarusun dövlət orqanı Polşa və Almaniyanı prezident seçkiləri zamanı çevriliş cəhdində ittiham edib

Belarusun dövlət orqanı olan “Sovetskaya Belorussiya” qəzeti Polşa və Almaniyanı keçən ay prezident seçkiləri zamanı çevriliş cəhdində ittiham edib. Qəzetdə dərc edilən sənədlərə əsasən Almaniya və Polşanın agentləri müxalifətin etiraz aksiyasının arxasında olub. Qəzet Avropa ölkələrini Belarusun siyasi müxalifətini maliyyələşdirməkdə günahlandırıb. Dekabr ayının 19-da müxalifət tərəfdarları Lukaşenkonun böyük əksəriyyətlə qələbə əldə etdiyi seçkilərin saxtalaşdırıldığı ittihamı ilə nümayişə çıxmışdı. Aksiya polis tərəfindən dağıdılmış, müxalif namizədlər nəzarət altına alınmışdı.

XS
SM
MD
LG