Accessibility links

Belarusun Rusiyaya borcu 200 million dollara çatıb.


Belarusun Rusiyaya borcu 200 million dollara çatıb.

Belarusun Rusiyaya borcu 200 million dollara çatıb.

Rusiyanın dövlətə məxsus nəhəng qaz şirkəti Qasprom cümə günü deyib ki, Belarusun qaz təchizatından yığılan borcu aydan aya artır.

Rusiya bildirib ki, Belarus 200 milion dollara yaxın borc toplayıb.Rusiyanın dövlətə məxsus nəhəng qaz şirkəti Qasprom cümə günü deyib ki, Belarusun qaz təchizatından yığılan borcu aydan aya artır. Qazpromun sözçüsü Belarusun müqavilədə göstərilmiş qiymət haqda razılığın şərtlərinə əməl etmədiyini bildirib.

Sergey Kupriyanov isə Belarusun qiyməti birtərəfli qaydada müəyyən etdiyini söyləyir. O söyləyir ki, Belarusun yanvar ayından mart ayına qədər müddətdə qaza görə borcu 137 million dollardır. Kupriyanov əlavə edib ki, cümə günü növbəti ödənişin vaxtıdır və bu ümumi borcu 55 milyon dollar artıraraq 192 milyona çatdıracaq. O güman edir ki, Belarusun borcu ilin sonuna qədər 500 – 600 milyon dollara çata bilər.

XS
SM
MD
LG