Accessibility links

Brüssel hücumu ilə bağlı bir şəxs axtarılır


Belçika hüquq-mühafizə orqanları Brüssel hücumunda əli olan azı bir nəfər şübhəli şəxsin axtarışını davam etdirir.

Kəşfiyyat rəsmiləri Brüssel hava limanında bomba hücumunu həyata keçirən iki intiharçıdan birinin noyabr ayında baş verən Paris hücumunda iştirak etdiyini deyir.

25 yaşlı bombadüzəldən İŞİD üzvü Nəcim Laşraui çərşənbə axşamı Brüssel hava limanında çəkilmiş videoda hazırda axtarışda olan digər şəxslə birgə görüntülənib. Dördüncü şəxs Xalid Əl-Bakraui isə özünü metroda partladıb.

Eyni zamanda Türkiyə rəsmiləri hücumu həyata keçirən intiharçı şəxs, İbrahim əl-Bakroinin səkkiz ay öncə Türkiyədə saxlanaraq Avropaya deportasiya edildiyini, daha sonra isə Belçika rəsmiləri tərəfindən sərbəst buraxıldığını bildirir.

Prezident Rəcəb Tayyib Ərdoğan Belçika rəsmilərinə Əl-Bakroi barədə xəbərdarlıq etsə də, Belçika bu şəxsin terrorla əlaqəsinin olduğunu müəyyən edə bilməyib.

Bu arada Brüsselin mərkəzində insanların hücum zamanı həyatlarını itirənlərə həsr etdiyi xatirə abidəsi böyüməkdə davam edir.

31 nəfərin ölümü, 300 nəfərin yaralanması ilə nəticələnən hücumun məsuliyyətini İslam Dövləti üzərinə alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG