Accessibility links

Brüsseldə təhlükəsizlik səviyyəsi ən yüksək həddə qalır


Belçika əsgərləri Brüssel küçələrində keşik çəkir

Belçika əsgərləri Brüssel küçələrində keşik çəkir

Belçikada terror hücumları təhlükəsilə əlaqədar bazar ertəsi ən yüksək təhlükəsizlik tədbirləri bazar ertəsi gününə qədər davam etdiriləcək və məktəblər bağlı qalacaq. Bunu baş nazir Şarl Mişel milli təhlükəsizlklə bağlı nazirlər kabinetinin iclasından sonra deyib.

Belçika rəsmilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri Parisdə terror aksiyaları ilə əlaqədar olaraq bir neçə şübhəlinin axtarışı davam etdirilir. Brüssel sakinləri qapalı şəhərdə axtarışların davam etdirildiyi müddət küçələrdə xüsusi patrul qüvvələrinin yerləşdirildiyini şahidi olub.

Brüsselin metro sistemi də bazar ertəsi günü bağlı qalacaq.

Daxili İşlər naziri Jan Jambon deyib ki, rəsmilər Parsi hücumları ilə əlaqədar şübhəli bilinən Salah Abdesalamı axtarır. Onun 130 adamın ölümülə nəticələnmiş koordinasiya edilmiş atışmalar və bomba hücumlarından dərhal sonra Belçikaya daxil olduğuna inanılır. Onunla yanaşı, noyabrın 13-ü İslam Dövləti qrupunun məsuliyyətini öz üzərinə götürdüyü hücumlarla əlaqədar başqa şəxslərin də axtarıldığı bildirilir.

XS
SM
MD
LG