Accessibility links

Brüsseldə partlayışlar - azı 34 ölü [Fotoqalereya]


Martın 22-də Brüsseldə törədilən üç partlayışda azı 34 nəfər ölüb, 170-dən çox adam yaralanıb.

Brüssel aeroportunu və metro stansiyasını hədəf alan hücumların məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Belga xəbər agentliyinin verdiyi məlumata görə, hava limanında partlayışlardan öncə atəş səsləri və ərəb dilində sözlər eşidilib.

​Belçikanın baş naziri Çarlz Mişel insanları təmkin və həmrəylik nümayiş etdirməyə çağırıb.

Hadisələrdən sonra hava limanının bütün uçuşları təxirə salınıb.

Frankfurt, London, Paris, və Amsterdam aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Partlayışlardan 2-si hava limanında, biri isə “Maalbek” metro stansiyasında törədilib.

Biz terror hücumlarından ehtiyatlanırdıq və indi bu, baş verib.
Belçika baş naziri Çarlz Mişel

İsveçin baş naziri Stefan Löven (Stefan Lofven) bunu demokratik Avropaya hücum adlandırıb və qeyd edib ki, terrorçuların bizim açıq cəmiyyətimizə hücumunu heç vaxt qəbul etməyəcəyik.

Kuba paytaxtı Havanada çıxış edən ABŞ prezidenti Barak Obama terrora qarşı birgə mübarizə aparmağın vacibliyini vurğulayıb.

Terror Belçikaya yad deyil. Bir neçə gün öncə hüquq-mühafizə orqanları çoxdandır axtarışda olan Saleh Əbdüsalam adlı terror şübhəlisini həbs edib. Son illərdə Belçikadan çox sayda adam Yaxın Şərqə yollanara orada İŞİD sıralarında döyüşüb. Onlardan bəziləri Belçikaya qayıdıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG