Accessibility links

Belçikada müstəmləkəçiliyə qarşı turlar [Video]


Belçikada müstəmləkəçiliyə qarşı turlar
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Afrika mənşəli gənc belçikalılar Kral Leopold II Mərkəzi Afrikanın bəzi ərazilərini müstəmləkəyə çevirməsi tarixini turlar vasitəsilə öyrədəcək ayrıseçkiliyə və stereotiplərə qarşı mübarizə aparır. Kralın “Azad Konqo ölkəsi”ni dünyaya təbii rezin ixrac edən kütləvi əmək düşərgəsinə çevirməsi miliyonlarla insanın həyatına başa gəlmişdir.

Belçika paytaxtı gözəl saraylar, parklar və abidələrlə doludur. Lakin insanların çoxunun bunların Konqo Demokratik Respublikasının təbii sərvətləri hesabına inşa edildiyindən xəbəri yoxdur.

Melissa Adabunu: “Bizim kimi çox insan burada anadan olub, uzun zamandır burada yaşayır. Biz abidələri tanıyırıq, küçələrin adların da. Lakin bunların Belçika tarixində hansı məna daşıdığını bilmirik.”

Adabunu orta məktəb müəllimi Kalvin Soires Njal tərəfindən müstəmləkəçiliyə qarşı turlara rəhbərlik etmək üçün təlim keçib. O, üç il əvvəl turlara başlayıb. O Belçika cəmiyyətində insanların 1960-cı ilədək davam edən müstəmləkə tarixi haqda daha çox məlumat almasının ayrı-seçkilik və mənfi sterotiplərə qarşı mübarizəyə kömək edə biləcəyinə inanır.

Kalvin Soiresse Njall: “Burada bu abidənin tikilntisində istifadə olunan materialların Belçikaya hədiyyə olduğu yazılır. Lakin həqiqət budur ki, onlar hazırda Demokratik Konqo Respublikası adlanan Katanqa vilayətindən əldə olunub.”

Müstəmləkiçiliyə qarşı turların təkcə Afrika mənşəli insanlar deyil, çoxları arasında populyarlığı getdikçə artır. Belçika tarixi müəllimi Erik Fierensi buraya tələbəsi gətirib.

Erik Fierens: “Mən bu turda iştirak etdiyim üçün xoşbəxtəm. Çünki mənim üçün şəhəri afrikalıların perspektivindən görmək çətindir. Mən yeni çox şey öyrəndim.”

Burada təxminən 400 minə yaxın Afrika mənşəli insan yaşayır və onların çoxu əslən indiki Konqo Demokratik Respublikasındandır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG