Accessibility links

Belçika polisi terror hücumu planlaşdırdığından şübhələnilən 2 nəfəri nəzarət altına alıb.

Rəsmilərin bildirdiyinə görə, Nurəddin H. və Həmzə H. adlı şəxslər cümə günü Mons və Liq bölgələrində ev axtarışları nəticəsində həbs edilib.

Prokurorluq onların Belçikanın hansısa bölgəsində hücum planlaşdırdığını bildirib.

Qardaşlar bu gun məhkəmə qarşısına çıxarılmalıdır. Onların nəzarətdə saxlanıb-saxlanmamasına məhkəmə qərar verəcək.

Belçika mart ayı hücumlarından sonra təhlükəsizlik tədbirlərini gücləndirib. Belə ki, bu ölkənin paytaxtı Brüsseldə Avropa İttifaqı və NATO-nun baş qərargahları yerləşir.

XS
SM
MD
LG