Accessibility links

Belçika parlamenti eftanaziya qanununa dəyişiklik gətirərək, onun uşaqlara da şamil olunmasına icazə verib. Onlarla insan bu dəyişikliyə etiraz olaraq Brüsseldə nümayiş təşkil edib.

Brüsselin Azadlıq meydanında toplaşanlar qanuna qarşı simvolik sarı pencəklər geyib. Belçika dünyada belə bir qanun qəbul edən ilk ölkədir.

Bu liberal ölkədə qanuna geniş dəstək verilir. Ancaq bir neçə həkim də daxil olmaqla, müxalifət bu qanuna qarşı çıxır.

Etiraz aksiyasının təşkilatçısı bildirib ki, uşaqların qanunun tətbiqini tam anlamaları imkansızdır.

Tərafdarlar isə deyir ki, qanun geriyə dönüşü olmayan uşaqların əziyyətinə son qoymaqla yanaşı, gizli yolla gerçəkləşdirilən eftanaziyanı leqallaşdırmış olacaq.
XS
SM
MD
LG