Accessibility links

Ben Afflek Konqo Demokratik Respublikasındakı vəziyyət barədə məlumat verəcək


Oskar mükafatı laureatı Ben Afflek udluz qüdrətini paytaxt Vaşıınqtona gətirib. Burada o, ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək və Kapitolidə Konqo Demokratik Respublikasında gərginləşən vəziyyət barədə məlumat verəcək.

Afflekin təsisçisi olduğu Şərqi Konqo Təşəbbüsü təşkilatı regionda sülh və inkişaf naminə qeyri-kommersiya qurumudur. Ben Afflek bu təşkilatı dörd il əvvəl yaradıb.

Ötən il Argo filminin ulduzu və rejissoru Afrika ölkəsi haqda nikbin fikirlər ifadə edib və qanunvericiləri bu ölkəyə diqqət yetirməyə çağırıb.

Bir zamanlar Belçikanın Afrikadakı müstəmləkəsi olmuş Konqonun çox gərgin vəziyyətdə olduğu hesab edilir.

1997-ci ilin regional müharibəsi yüz minlərlə adamın didərgin düşməsinə, beş min insanın ölümünə səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG