Accessibility links

Ben Afflek Veqas kazinosunda oyundan kənarlaşdırılıb


Ben Afflek Veqasda Hard Rock kazinosunda 21 oynayarkən kartları saydığına dair iddiaları cavablandırıb.

Cennifer Qarnerin əri kartları saydığına dair ittihamlara cavab olaraq kart saymaq barədə radio şou ustası Hovard Sternin tvitlərini yayımlayıb.

Radio aparıcısı deyib: “Ben cığallıq etməyib və bu, bir daha sübut edir ki, Veqas heç kəsə udmağa imkan vermir.”

Ben buna cavab olaraq “Maraqlı məqamdır, Hovard” deyib.

EntertainmentWise aktyora yaxın mənbəyə istinadən bunları yazıb: – “Benin 21 oynamasına qadağa qoyulub, kazinoya girişinə yox. Təhlükəsizlik işçiləri onu yaxşı oynamağına görə saxladıqlarını deyiblər. Hotel çox gözəl idi və ona başqa oyun oynaması tövsiyə edilib.”

Aktyorun pərəstişkarlarından biri isə tviterdə yazıb: “Kart saymasına görə oyunçunu oyundan kənarlaşdırmaq, əla oyun nümayiş etdirdiyinə görə oyunçunu cəzalandırmaq deməkdir.”
XS
SM
MD
LG