Accessibility links

Ben Bernanke:Yunanıstanın iqtisadi böhranının həll edilməməsi qlobal maliyyə sistemini təhlükə altına ala bilər

ABŞ-ın Mərkəzi Bankının direktoru Ben Bernanke deyib ki, Yunanıstanın iqtisadi böhranının həll edilməməsi qlobal maliyyə sistemini təhlükə altına ala bilər. Bu gün keçirdiyi mətbuat konfransında Bernanke deyib ki, Yunanıstanın böhranı Avropa sərhədlərini aşa bilər. O, Mərkəzi Bankın böhranın həllində iştirak etmədiyini, lakin vəziyyətlə bağlı məlumatlandırıldığını vurğulayıb. Bu həftənin əvvəllərində Yunanıstanın baş naziri Corc Papandreu parlamentin etimadsızlıq rəyindən xilas ola bilib. Beləliklə mübahisəli iqtisadi islahatlar proqramı həyata keçirilə bilər. Səsvermə parlament qarşısında toplaşan yunanların qəzəbi ilə qarşılanıb. Polis aksiyanı gözyaşardıcı qazla dağıdıb.

XS
SM
MD
LG