Accessibility links

Senator Ben Kardin: Arif Yunusun hüquqi statusu dəyişməz olaraq qalır, baxmayaraq ki o azadlıqdadır


 Ben Cardin- ABŞ Helsinki Komissiyası sədri
Ben Cardin- ABŞ Helsinki Komissiyası sədri

ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri, senator Ben Kardin Arif Yunusun azadlığa buraxılması ilə bağlı bəyanatla çıxış edib.

"Mən Arif Yunusun Azərbaycanda ədalətsiz həbsdən azad olunmasını müsbət qiymətləndirirəm. Arif və Leyla Yunusa qarşı ittihamlar siyasi motivlidir və Azərbaycanda insan hüquqlarının vəziyyətinin təhlükəli səviyyədə olmasının tərkib hissəsidir”, o bildirir.

Senatorun sözlərinə görə, Arif Yunusun hüquqi statusu dəyişməz olaraq qalır, baxmayaraq ki, o azadlıqdadır.

“Həmçinin qeyd edirəm ki, onun həyat yoldaşı Leyla Yunusa qarşı azadlıqdan məhrumetmə davam edir və mən buna görə yenə öz narahatlığımı bildirirəm. Arif və Leyla Yunuslara qarşı olan saxta ittihamlara xitam verilməlidir.

Azərbaycan prezidenti İlham Əliyev vətəndaş cəmiyyəti fəallarına hücumlarına son qoymalıdır və onlara qarşı olan qanun pozuntularını dayandırmağa çağırıram", bəyanatda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG