Accessibility links

Komediya ulduzu Ben Stiller Hollivudun ən böyük şərəfinə nail olub. Los Ancelesdə Hollivudda onun əl və ayaq izləri götürülüb. Mərasimdə Ben Stillerlə yanaşı, Hollivuddun ən parlaq ulduzlarından olan Tom Kruz iştirak edib. Ben Stiller və Tom Kruz yaxın dostdur. İmkansız missiya filminin qəhrəmanı öz dostu haqda gözəl sözlər deyib, onun şəxsi keyfiyyətlərindən danışıb. Tom Kruz Ben Stillerin kino sənətinə və tamaşaçılara sevgisindən, ekranda ifa etdiyi hər bir rola olduqca məsuliyyətlə yanaşdığını deyib. Tom Kruz onların bir yerdə çəkilişlər zamanı işləməsindən danışıb və Benin işin çoxluğuna görə toydan sonra bal ayına gedə bilmədiyini söyləyəndə auditoriya gülüşlərə qərq olub. Amma deyəsən, Ben Stillerin xanımı Kristin buna görə Beni artıq bağışlarıb. Ben Stiller və Kristinin iki övladı da mərasimdə iştirak edirdi. Mərasimin sonunda Ben Stiller çıxışında auditoriyanı xeyli güldürüb. Amma başqa cür ola da bilməzdi. Ben Stillr olan yerdə gülməmək mümkün deyil.
XS
SM
MD
LG