Accessibility links

Variety jurnalı xəbər verir ki, 48 yaşlı aktyor Ben Stillerin ekranlara çıxacaq yeni “I am Chippendales” filmində baş rolda iştirak etməsi barədə danışıqlar gedir.

“I am Chippendales” filmində 1979-cu ildə striptiz firmasının yaradılması və böyüməsindən söhbət açılır.

Komediya ustası Ben filmdə erotik rəqs qrupunun yaradılması ideyasına öz töfhəsini verən sabiq xoreoqraf Nik Denoyanın obrazını yaradacaq.

Amma film yalnız Stillerin üslubunda çılpaq rəqslərdən ibarət olmaya bilər.

Əsl Chippendales gecə klubu Los Ancelesdə Paul Snayder və Somen Stiv Bancerii tərəfindən yaradılıb.

Onların hər ikisi faciəvi şəkildə dünyalarını dəyişib. Snayder sevgilisi Doroti Stratteni öldürdükdən sonra özünə qəsd edib. Somen isə 1994-cü ildə həbsxanada ölü tapılıb.

Ümid edirik ki, filmdə Benin taleyi bundan yaxşı olacaq.
XS
SM
MD
LG