Accessibility links

Liviyanın Benqazi şəhərində islamçılarla əmrə tabe olmayan generalın sadiq döyüşçlər arasın gedən şiddətli döyüşlər zamanı 20 nəfərdən çox insan həlak olub. Silahlı qarşıdurma zamanı 80 nəfərin isə yaralandığı bildirilir.

Rəsmilər deyir ki, döyüşlər Ənsər Əl-Şəriyə yaraqlı qruplaşması mərkəzi hökumətin əmrlərinə tabe olmayan general Xəlifə Həftara qüvvələrin bazasına hücumundan sonra başlayıb.

Hücumdan sonra Həftarın əmri ilə islamçıların istehkamına qarşı hava hücumu həyata keçirilib. İslamçı yaraqlılar isə raket əleyhinə bombalar və minomyotla cavab verib.

Döyüşlər Benyazi sakinlərini təşvişə salaraq, şəhərdə məktəblərin bağlanmasına səbəb olub.
XS
SM
MD
LG