Accessibility links

Liviyanın Benqazi şəhərində yerləşən hərbi hissənin yaxınliğında avtomobilə yerləşdirilmiş bombanın partlaması azı doqquz əsgərin ölümünə, doqquz nəfərin isə yaralanmasına səbəb olub.

Partlayış Benqazinin Əl-Rahba vilayətində yerləşən hərbi bazanın qarşısında, yeni əsgərlərin andiçmə mərasimindən sonra dağılışdığı vaxt baş verib.

Partlayış nəticəsində yaxınlıqdakı dükanlar və bir neçə avtomobilə zərər dəyib.

2011-ci ildə Şimali Afrika ölkələrində ərəb baharı dövrü uzun müddət ölkəni idarə etmiş Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsi ilə nəticələnmiş üsyanın başladığı Benqazi hərbi qüvvələr və polis işçilərinə qarşı hücumlar və süi qəsdlərə səhnə olub.
XS
SM
MD
LG