Accessibility links

"Sanksiyaların ləğvi şiri pişik balasına çevirəcək? Bir daha düşünün!"


İsrailin baş naziri BMT-nin Baş Assableyasının 70-ci sessiyasındakı çıxışını İranla əldə edlən nüvə razılığının pislənməsi ilə başlayıb.

“Əgər düşünürsünüz ki, sanksiyaların ləğvi və milyardlarla dollarlıq müqavilələr yırtıcı şiri pişik balasına çevirəcək, deyərdim ki, bir daha düşünün”-deyə Benyamin Netanyahu bildirib.

O, razılığın bəzi şərtlərinin İranı nüvə proqramı istehsalından çəkidirəcəyi ilə razılaşdığını deyib. Lakin baş nazir bildirib ki, İranın özünü necə aparmasından asılı olmayaraq, 10-15 ildən sonra onların ən mühümləri aradan qaldırılmış olacaq.

"İsrail İranın nüvə silahı klubuna müdaxiləsinə yol verməyəcək”-deyə Netanyahu sözünə davam edib.

İsrailin baş naziri Fələstin lideri Mahmud Abbasın assambleyadakı çıxışına da münasibət bildirib. O deyib ki, Abbasın çıxışı sülh prosesinin rədd edilməsi deməkdir. Netanyahu Fəlsətinlə danışıqların dərhal bərpasına hazır olduğunu, lakin heç bir şərtin qəbul edilməyəcəyini bildirib.

Abbas dünən deyib ki, fələstinlilər artıq 20 illik Oslo sülh razılığı çərçivəsində qala bilməz. O, beynəlxalq ictimaiyyəti fələstinlilərin mühafizəsinə, İsraili isə fələstinli məhbusları azad etməsinə çağırıb.

XS
SM
MD
LG