Accessibility links

Benyamin Netanyahu ABŞ Konqresinin birgə yığıncağında çıxış edib

  • Amerikanın səsi

Benyamin Netanyahu ABŞ Konqresinin birgə yığıncağında çıxış edib

Benyamin Netanyahu ABŞ Konqresinin birgə yığıncağında çıxış edib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin birgə yığıncağındakı çıxışını Amerika ilə İsrailin yaxın əlaqələrinə həsr edib. Baş nazir deyib ki, hər iki ölkə demokratiyanı müdafiə etdikləri qədər, sülhün bərqərar edilməsinə çalışır, terroizmlə mübarizə aparır. O, İsraili ABŞ-ın yaxın müttəfiqi adlandırıb. Neytanyahu deyib ki, Yaxın Şərq hazırda dönüş nöqtəsindədir, insanlar tiranlardan yorulub və onlar azadlıq sorağındadır. İsrailin baş naziri İranın nüvə silahlarının təhlükə yaratdığını vurğulayıb. Netanyahu nüvə terrorizminin bəşəriyyətə ən böyük təhlükə olduğunu deyib.İsrail lideri fələstinlilərin sülhə cəlb edilməsi üçün İsrailin kompromislərə hazır olduğunu bildirib.

XS
SM
MD
LG