Accessibility links

Benyamin Netanyahu BMT-nin baş katibi ilə görüşəcək


İsrailin baş naziri Ban Ki Munla görüşmək üçün Nyu Yorka yola düşür

İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Ştatlar prezidenti Barak Obama ilə görüşündən sonra BMT-nin baş katibi Ban Ki Munla görüşmək üçün bu gün BMT-nin Nyu York şəhərindəki baş qərargahına gedəcəyi bildirilir. BMT baş katibi ilə görüş zamanı Yaxın Şərq sülh prosesinin müzakirə ediləcəyi gözlənilir.

Dünən prezident Obama və cənab Netanyahu İsraillə Fələstin arasında birbaşa danışıqlara nail olunmasını müzakirə etmiş və İsraillə Birləşmiş Ştatlar arasındakı münasibətlərə xələl gəlməsi haqda fikirləri təkzib etmişlər. Müzakirələrdən sonra Ağ Evdə birgə çıxışları zamanı prezident Obama cənab Netanyahu ilə Yaxın Şərq sülh perspektivlərini müzakirə etrdiklərini bildirmiş və İsrail liderinin fələstinlilərlə ciddi danışıqlara hazır olduğunu demişdir.

XS
SM
MD
LG