Accessibility links

Benyamin Netanyahu Obama administrasiyasının son səylərini alqışlayıb


Benyamin Netanyahu Obama administrasiyasının son səylərini alqışlayıb
Benyamin Netanyahu Obama administrasiyasının son səylərini alqışlayıb

İsrail baş naziri hesab edir ki, ABŞ hökuməti İsraili Qərb sahillərində yaşayış məntəqələrinin inşasını dondurmağa inandırmaq cəhdlərindən əl çəkib

İsrail baş naziri Benyamin Netanyahu Obama administrasiyasının İsraili Qərb Sahillərində yaşayış məntəqələrinin inşasını dondurmağa inandırmaq səylərindən əl çəkməsini alqışlayıb.

Cənab Netanyahunun sözlərinə görə, Vaşinqtonun bu qərarı həm İsrail, həm də sülh üçün yaxşıdır. Fələstin liderləri İsrail inşaat işlərini dayandırmayınca İsraillə birbaşa danışıqlara qayıtmayacaqlarını deyirlər. Cənab Netanyahu deyib ki, tərəflər onları ayıran başlıca məsələləri müzakirə etməlidirlər. Onun son bəyanatı ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçellin regiona səfəri ərəfəsinə təsadüf edir.

XS
SM
MD
LG