Accessibility links

Baş nazir Netanyahu ABŞ-ın öz ölkəsi ilə müttəfiq münasibətlərini alqışlayır, amma İsrailin mövcudluğuna gəldikdə, o, İsrail xalqının öz taleyinə sahib olduğunu vurğulayıb.

İsrail baş naziri Benyamin Netanyahu deyir ki, onun ölkəsi İranın nüvə proqramını dayandırmaq üçün diplomatiya və sanksiyaları gözləyə bilməz.

Amerika İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) qarşısında çıxış edən baş nazir İranın atom bombası əldə etməsinin qarşısını almaq üçün bütün seçimlərin masa üzərində qaldığını bildirib.

“Yəhudi dövləti bizim məhv olmamızı arzulayanlara buna nail olmaq imkanı verməyəcək. Nüvə silahlı İran dayandırılmalıdır,” deyə cənab Netanyahu bildirib.

Benyamin Netanyahu bu bəyanatı Ağ Evdə prezident Barak Obama ilə görüşün ardınca verib. Həmin görüşdə ABŞ lideri İsrail baş nazirindən sanksiyalara vaxt verməyi xahiş etmişdi.

Cənab Netanyahu deyir ki, sanksiyalar İran iqtisadiyyatına zərbə vurur, amma Tehranın nüvə proqramı irəliyə doğru hərəkət edir.

“Dostlar, İsrail beynəlxalq ictimaiyyətin məsələni həll etməsi üçün gözləyib, təmkin nümayiş etdirib. Biz diplomatiyanın işləməsi üçün gözləmişik. Biz sanksiyaların işləməsi üçün gözləmişik. Heç birimiz artıq gözləyə bilməz.”

Baş nazir Netanyahu ABŞ-ın öz ölkəsi ilə müttəfiq münasibətlərini alqışlayır, amma İsrailin mövcudluğuna gəldikdə, o, İsrail xalqının öz taleyinə sahib olduğunu vurğulayıb.

İran atom bombası istehsal etməyə can atmadığını və nüvə proqramının dinc mahiyyət daşıdığını elan edib.

Atom bombası ilə silahlanmış İranı rəsmən İsrail və ABŞ liderləri qəbul etmirlər.

Amma Tehranın nüvə proqramının qarşısını almaq yolları barədə onlar arasında fikir ayrılığı var.

XS
SM
MD
LG