Accessibility links

Facebook-da elan - Azadlıq meydanında etiraz olacaq? [Video]


Facebook-da etiraz aksiyası barədə elan
Facebook-da etiraz aksiyası barədə elan

Sosial şəbəkələrdə dekabrın 8-də benzinin qiymətinin qaldırılmasına etiraz olaraq Azadlıq meydanında aksiya ilə bağlı elan dərc edilir. Bu gün “Əllər siqnala” etirazı keçirilib

Dekabrın 8-də saat 12.00-da Bakıda Azadlıq meydanında neft məhsullarının qiymətlərinin artırılmasına etiraz olaraq aksiya keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə xəbərlər yer almaqdadır. Etiraz aksiyasının elanı əsasən Türkiyənin İzmir şəhərində yaşayan Hasan Safarov adlı şəxsin Facebook profilindən yayılır.

Dekabrın 3-də Taarif Şurası benzinin və digər neft məhsullarının, həmçinin qazın topdansatış qiymətlərini qaldırıb. Benzinin qiymətinin qaldırılması əhali tərəfindən tənqidlə qarşılanıb. Sosial şəbəkələrdə on minlərlə vətəndaş ölkə prezidentinə qiymətlərin qaldırılmasına etiraz petisiyası imzalayıb.


Kanal 13 internet televiziyasının məlumatına görə, noyabrın 4-də bir qrup sürücü Bakıda “Əllər siqnala” adlı etiraz aksiyası keçirib. Sürücülər bir neçə dəqiqə avtomobillərini yollarda dayandırıb fasiləsiz siqnal çalıb.

Öz növbəsində, Bakı Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov APA agentliyinə bildirib ki, Azadlıq meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək. “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”, o qeyd edib.
XS
SM
MD
LG