Accessibility links

Məşhurlar: Beyonsenin şəkli Pepsi butulkasının üzərində əks etdiriləcək


Beyonse artıq özünə böyük imperiya qurub. Amma görünür indi onun imperiyası daha da böyüyəcək. 31 yaşlı müğənni Pepsi kampaniyasını reklam etmək üçün 50 milyon dollarlıq müqavilə imzalayıb.

Beyonse
Beyonse
​Əgər siz fikirləşirsiniz ki, bu, Beyonsenin televiziya və radioda, ya da jurnalda növbəti Pepsi reklamıdır, onda yanılırsınız. Bu dəfə Pepsi butulkalarının üzərində Beyonsenin şəkli əks etdiriləcək.

Deyilənə görə, yeni Pepsi butulkaları fevral ayında Super kubok uğrunda futbol oyunu zamanı satışa çıxarılacaq və məhdud sayda içki mart ayına qədər satışda olacaq.

Bundan sonra Pepsinin növbəti layihəsində həyatda baş verən hadisələr, videolar və digər maraqlı şəkillərin əks etdirilməsinə milyonlarla dollar xərcləyəcəyini də gözləmək olar.

Beləliklə, Beyonsenin 16 Grammy mükafatı, 100 milyon musiqi albomunun satışı siyasına indi yeni bir uğuru da əlavə etmək olar.

Kafeinli içkini reklam etmək heç də pis fikir deyil.
XS
SM
MD
LG