Accessibility links

Berlin divarının yıxılmasının 25-ci ildönümü qeyd edilir


Bu gün Almaniyada Berlin divarının yıxılmasının 25-ci ildönümü müxtəlif mərasimlərlə qeyd edilir.

Almaniya kansleri Angela Merkel divarın qalmış hissəsinə gül qoyub.

Xanım Merkel deyib ki, divarın qaldırılması arzulara çatmağın mümkünlüyünü nümayiş etdirib.

Kansler bildirib ki, Berlin divarının Ukrayna, İraq, Suriya da daxil edilməklə, müharibədən sarsılan ölkələrlə bilavasitə əlaqəsi var. “Bu, bizim taleyimizi bölüşüb, yaxşılığa doğru irəliləmək qabiliyyətimizin nümayişidir”-deyə Merkel bildirib.

Mərasimlər dünya liderlərinin xəbərdarlıqları ilə müşayiət edilir.

ABŞ prezidenti Barak Obama deyib ki, Rusiyanın Ukrayna ilə bağlı əməlləri Avropanın azadlığı, bütövlüyü və əmin-amanlığı üçün daha artıq iş görülməsinin mühümlüyünə işarədir.

Sabiq Sover lideri Mixail Qorbaçov bildirib ki, dünya yeni bir soyuq müharibə astanasındadır. Bəziləri siə bu müharibənin artıq başladığını deyir.

Soyuq Müharibə simvolu olan Berlin divarı İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqını ABŞ və onun müttəfiqlərindən ayırırdı.

1961-ci ildə tikilən divar 30 il şəhəri yarıya bölmüşdü. 161 metr uzunluğunda olan bu divarı aşmağa cəhd edən 140 adam həlak olub. Lakin bəzi qruplar bu göstəricinin 700-ə yaxın olduğunu bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG