Accessibility links

Berlin divarının yıxılmasının 25-ci ildönümü təntənəli mərasimlərlə qeyd edilib [Video]


Almaniyada Berlin divarının yıxılmasının 25-ci ildönümü təntənəli mərasimlərlə qeyd edilib.

Kristian Berqmanın tarixin bu səhifəsində öz xatirələri var. 25 il əvvəl sökülən divarın kişik bir parçası.

Bu köhnə şəkildəki odur. Berqman kommunizm rejimi altında Şəqri Belində böyüyüb. “Divar söküləndə 18 yaşım var idi. Vətənimi nə zamansa tərk edəcəyim ağlıma gəlməzdi. Birdən divar götürüldü, dünya açıldı. ”

Azadlıq Berqmanı gələcək həyat yoldaşı amerikalı qıza qovuşdurdu. O, ailəsi ilə bərabər 8 min işıqlı şarın havaya buraxılmasında iştirak edib.

Hər bir şara iştirakçıların mesajları yazılıb. Berqmannin mesajı çox sadədəir. “Allaha şükür”.

Uerner Uentt xanımı İnqeborqvenlə bərabər mərasimdə iştirak edənlər arasında olub. “Fikir ayrılıqlarına baxmayaraq, atəşsiz, zorakılıqsız divarı yıxmağa nail olmağımız həqiqətən gözəl bir iş idi.”

Şarlar havaya divarın bir zamanlar yerləşdiyi, kommunizmin süquta uğradığı, Şərqi Almaniyanın azadlığa qovuşduğu bu yerdən gecə buraxılıb.

Mərasimlərdə kommunizm rejiminin qurbanlarının xatirəsi anılıb. Şərqdə böyüyən Almaniya kansleri Angela Merkel mesajın dünyada əks-səda verdiyini deyib. “Divarın qaldırılması arzulara çatmağın mümkünlüyünü nümayiş etdirib. Barrikadaların hündürlüyündən asılı olmayaraq heç nə olduğu kimi qalmamalıdır. Biz bu təcrübəmizi bütün dünya ilə bölüşmək istəyirik.”

Soyuq müharibənin sona çatmasında əvəzsiz rolu olan sabiq Sovet lideri Mixail Qorbaçov da mərasimdə iştirak edib. 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan bu çağırışı etmişdi. 'Cənab Gorbachev, divarı dağıt!'

Qorbaçov bu dəfə xəbərdarlıqla çıxış edib. “Dünya yeni bir soyuq müharibə astanasındadır. Bəziləri siə bu müharibənin artıq başladığını deyir.”

Belinlilər isə bu hədələri bir gecəlik də olsa kənara qoyub, birlik və azadlıqlarını qeyd edib.

XS
SM
MD
LG