Accessibility links


İranda yaşayan azərbaycanlı kino-rejissor Cəfər Pənahinin “Pərdə” filmi Berlində hər il keçirilən beynəlxalq festivalda ən yaxşı ssenari kateqoriyasında mükafatın qalibi olub. Rejissor filmi uzun müddət dostu olan Kamboziya Partovi ilə birlikdə çəkib. Filmdə baş rolları da onların özləri ifa edib.

Kino-filmdə Pənahinin kino yaradıcılığı ilə rəsmən məşğul ola bilməməsinə görə keçirdiyi iztirablar əks etdirilir. Çəkilişlər pəncərələri demək olar hər zaman pərdə ilə örtülmüş tənha bir villada aparılıb. Kambuziya Partovu deyib deyib ki, problemlərin yaranmaması üçün pəncərələr açıq olan səhnələr film çəkilişlərinin lap sonunda aparılıb.

Cəfər Pənahinin İranı tərk etməsinə icazə verilmədiyi üçün mükafatı onun adından Kamboziya Partovi alıb.

Cəfər Pənahi İran iqtidarı əleyhinə təbliğat aparmaq ittihamları ilə 2010-cu ildə ev dustaqlığına məhkum və 20 il müddətinə kino-yaradıcılığı ilə məşğul olmaqdan məhrum edilib. Ev dustaqlığından azad olsa da, tanınmış rejissor hələ də açıq şəkildə kino yaradıcılığı ilə məşğul ola bilmir.

Almaniya rəsmiləri İran hökumətindən Pənahinin Berlin kino-festivalında iştirak etməsinə icazə verməsini istəsə də, İrandan rəsmi cavab alınmayıb.

Berlin kino-festivalının qalibləri yeddi nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.
XS
SM
MD
LG