Accessibility links

Berni Sandersin populyarlığı ABŞ-da sosializm meyllərinin gücləndiyini əks etdirir [Təhlil]


Democratic presidential candidate, Sen. Bernie Sanders, I-Vt., speaks during a television interview before a town hall meeting, Sept. 3, 2015, in Grinnell, Iowa.
Democratic presidential candidate, Sen. Bernie Sanders, I-Vt., speaks during a television interview before a town hall meeting, Sept. 3, 2015, in Grinnell, Iowa.

Müstəqil Vermont senatorunun özünü sosialist kimi təqdim etməsi Birləşmiş Ştatlar siyasəti üçün nadir haldır

Universitetdə pulsuz təhsil haqqı. Minimum əmək haqqının iki dəfə artırılması. Ümumi səhiyyə sistemi. Bunlar prezidentliyə Demokrat namizəd Berni Sandersin kampaniya vədlərinin sadəcə bir neçəsidir. O, sosializmin bir formasını tərəfdarı olduğunu gizlətmir.

Müstəqil Vermont senatorunun özünü sosialist kimi təqdim etməsi Birləşmiş Ştatlar siyasətçiləri arasında üzləşilən nadir hallardandır. Digər Qərb demokratiyalarından fərqli olaraq, ABŞ-da solçu cərəyan daim zəif olub.

Demokratik sosializm indikindən fərqli olaraq, adi insanların maraqlarını əks etdirən hökümətdir. İndi isə hökümət milyarderlərin maraqlarını əks etdirir
Berni Sanders

Soyuq Müharibədən bəri bu termin ABŞ siyasətində mənfi sözə çevrilib. Bu ifadə təkcə siyasi və iqtisadi sistemin təsviri deyil, həm də mühafizəkarların solçu rəqiblərinin nüfuzunu ləkələməyə cəhd etdikdə istifadə etdikləri təhqir vasitəsidir.

Sosialist mövqelərinə baxmayaraq, Sanders gözlənilməz dərəcədə populyarlıq qazanıb və namizədlər arasında ən böyük və coşğun kütlələri cəlb edən də elə odur.

Gözlənilməz artım

Hazırda Sanders Demokrat namizəd, sabiq dövlət katibi Hillari Klintondan sonra ikinci yerdədir. Ən əsası isə ötən həftə keçirilən rəy sorğusunda onun həlledici Ayova ştatında Klintondan 7 faiz aşağı olduğu göstərilir.

Sandersin yeni populyarlığı amerikalıların sosializmlə bağlı fikirlərinin dəyişdiyinin göstəricisidirmi?

Amherstdə yerləşən Massaçusets Universitetinin iqtisadiyyat professor Riçard Uolfun dediyinə görə, ola bilsin bu, doğrudur, əsasən də gənc amerikalılar üçün.

ABŞ prezidentliyinə Demokrat namizədlər
ABŞ prezidentliyinə Demokrat namizədlər

“30 yaşında və daha gənc insanlar üçün “Berni Sanders sosialistisdir” demək heç nə ifadə etmir. Bu, işə yaramır və heç kəsi inandırmır.”

Gənc amerikalılar sosializmə daha açıqdırlar

18-29 yaşları arası sorğu iştirakçılarının 69 faizi sosialist namizədə səs verə biləcəklərini qeyd ediblər. Daha yaşlı amerikalılar isə buna daha az əmindirlər. Bütün yaş qruplarından olan ümumi sorğu iştirakçılarının isə sadəcə 47 faizi sosialist prezidentə səs verə biləcəklərini deyiblər.

Uolf deyir ki, gənclərin 73 yaşlı Sandersin mesajına daha açıq olmalalarının səbəblərindən biri onların Soyuq Müharibəni xatırlamamaları ola bilər.

“Bu müharibə artıq 20-30 il bundan öncə bitib. Gənclər isə bu tarixi bilmirlər,” deyə o bildirib.

Sandersin mesajının populyarlığının digər səbəbi isə ABŞ iqtisadiyyatındakı son təlatümlərdir ki, nəticədə qeyri-bərabərlik artıb.

Skandinaviya ölkələrinin çoxunda səsvermədə iştirak edən seçicilərin sayı Birləşmiş Ştatlardan daha çoxdur. Onlar güclü demokratiyadırlar,
Berni Sanders

​Məsələn Missurinin Kolumbiya şəhrində yaşayan doktorantura tələbəsi Kristi Qoldsmit belə düşünür. “Mənim fikrimcə Amerikadakı ən böyük problem zənginlik fərqidir,” deyə o Amerikanın Səsinə bildirir.

Qoldsmit 2008-ci ildə Hillari Klntonun kampaniyasında işləyib, amma bu dəfə Sandersə səs verəcəyini deyir.

“Mən açıq bir şəkildə demokratik sosialist olduğumu deməkdən çəkinmirəm. Amma məncə bununla ənənəvi socializm arasındakı fərqi anlamaq vacibdir.”

Demokratik sosializm

Demokratik sosializm Sandersin özünü təsvir etmək üçün istifadə etdiyi ifadədir. Siyasi anlayış olaraq bu, Marksist-Leninsit sosializmindən fərqlidir, hansı ki, bir partiyanın idarəsində və iqtisadiyyatın dövlət tərəfindən idarə olunmasını təbliğ edirdi.

Bu yaxınlarda Sanders NowThis onlayn media portalında aparılan sual-cavab sesiiyası zamanı demokratik sosializm anlayışına aydınlıq gətirib.

“Demokratik sosializm indikindən fərqli olaraq, adi insanların maraqlarını əks etdirən hökümətdir. İndi isə hökümət milyarderlərin maraqlarını əks etdirir,” deyə Sanders bildirib.

ABŞ prezidentliyinə Respublikaçı namizədlər
ABŞ prezidentliyinə Respublikaçı namizədlər

Hər zamankı kimi, Sanders Skandinaviya ölkələrini - əsasən də onların universal səhiyyə sistemini, dövlət tərəfionfən maliyyələşdirilən universitet təhsil sistemini və işçilərin faydalarını – misal çəkərək görmək istədiyi höküməti təsvir edib.

Sanders həmçinin görüşlərinin demokratik sistemə uyğun gəldiyini deyib. “Bu ölkələrin çoxunda səsvermədə iştirak edən seçicilərin sayı Birləşmiş Ştatlardan daha çoxdur. Onlar güclü demokratiyadırlar,” deyə o bildirib.

Sandersin fikiləri Şmali Avropanın demokratik partiyalarının fikirləri ilə uyğun gəlir, deyə Amerika İnkişaf Mərkəzində siyasi teorem və ictimai rəyi araşdıran Con Halpin bildirib.

Doğurdan da sosialistdirmi?

Bu fikirlər və ənənəvi sosializm arasındakı fərqləri nəzərə alaraq Sandersin sosialist adlandırılmasının sual edənlər ar.

Tanınmış sağçı siyası təhlilçi və Massaçusets Texnologiya İnstitutunun professor Noam Çomski onlardan biridir.

Berni Sandersin kampaniyası təcrid olunmuş məsələləri aşkara çıxarır və bu, Demokratları daha proqressiv mövqelərə doğru aparacaq
Noam Çomski

“Məncə o, New Deal (yeni kurs) Demokratı adlandırılmalıdır, çünki artıq sosializm ənənəvi mənasından ayrılaraq bunu ifadə edir,” deyə Çomski bildirib.

Onun vahid namizəd kimi irəli sürülməsi mükün görünmür

Digər təhlilçilər kimi Çomski də Sandersin Demokratlar tərəfindən vahid namizəd kimi seçilməyinin mümkün olmayacağını, amma yenə də yarışa təsir etdiyini düşünür.

“Onun kampaniyası təcrid olunmuş məsələləri aşkara çıxarır və bu Demokratları daha proqressiv mövqelərə doğru aparacaq.”

Bəs Sandersin kampaniyası doğurdan da daha çox amerikalının özlərini sosialist kimi təqdim etmələrinə səsəb olacaq mı? Amerika İnkişaf Mərkəzindən Halpin bunun mükün oldaığını düşünür.

“Mütəşəkkil bir partiya olmadan Sandersin fikirlərinin bu dərəcədə təsir etməsi çətindir.”

CATO İnsititutunun baç elmi işçisi Trevor Burrus da sosialist prinsiplərin amerikalılar arasında hələ də qeyri-populyar olduğunu düşünür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG