Accessibility links

Prezidentiliyə demokrat namizəd Berni Sanders tərəfdarları deyil, onun fikirləri ilə razılaşmayanlara üz tutub

Prezidentliyə demokrat namizəd Berni Sanders çox az sayda ABŞ siyasətçisinin atdığı bir addımı atlb: o, qeyri-tərəfdarlarından ibarət auditoriyaya müraciət edib.

Sanders proqressiv liberaldır və özünü demokrat sosialist adlandırır. Bazar ertəsi o, dünyanın ən böyük Yevangelist xristian universiteti olan Liberty Universitetində kəskin çıxış edib. Virciniyanın Linçberq şəhərində yerləşən Liberty Universiteti ötən ay Texas senatoru Ted Kruzun Respublikaçılar partiyasından namizədliyini irəli sürdüyünü açıqladığı yerdir.

Mən qadın haqlarına və qadının bədəninə özünün nəzarət etmək hüququna malik olduğuna inanıram

Berni Sanders çıxışına abort hüquqlarını dəstəklədyini bildirərək başlayıb. Belə bir mövqe onun yerli tərəfdarlarından ibarət bir qrupla birgə toplaşan tələbə və müəllim heyəti üçün qəbuledilməzdir.

“Mən qadın haqlarına və qadının bədəninə özünün nəzarət etmək hüququna malik olduğuna inanıram,” deyə o bildirib.

Yevangelistlərdən ibarət auditoriyası ilə fikir ayrılığının əsas nöqtəsini vurğulayandan sonra Sanders onların digər məsələlərdə razılaşa biləcəklərini deyib.

“Mən ehtiramla bildirmək istəyirəm ki, ölkəmiz və hətta bütün dünya üçün böyük nəticələri ola biləcək digər məsələlər var ki, bəlkə də biz onlarla bağlı razılaşa bilərik.”

Sanders çıxışında bildirib ki, Birləşmiş Ştatlarda sərvətlər və gəlir bərabərsizliyi o qədər artıb ki, bunun qarşısı alınmalıdlır.

İncildən sitatlar gətirərək o, məsələnin mənəvi cəhətlərini vurğulayıb.

Libery Universitetinin tələbələri Berni Sandersi alqışlayırlar

Libery Universitetinin tələbələri Berni Sandersi alqışlayırlar

“Sizcə, dünya tarixində ən zəngin ölkəndə uşaqların 20 faizinin yoxsulluq içində yaşaması mənəvi baxımdan doğrudurmu?”

12 min nəfərdən ibarət auditoriyada toplaşanlar Sandersə nəinki hörmətlə yanaşıb, hətta bəzi hallarda onu alqışlayıblar da.

Bir çox siyasətçi onları dəstəkləyən insanların önündə çıxış etməklə kifayətlənir. Sanders isə buna “səninlə razılaşan insanlarla söhbət etmək asandır,” kimi münasibət bildirib.

Berni Sansersin Liberty Universitetində çıxış etmək qərarı təkcə təbliğat məqsədi daşımır. O inanır ki, onun milyarderlərə və korporasiya maraqlarına meydan oxuması bütün ideologiyalara sahib insanlar arasında rəğbətlə qarşılanacaq və bu, onun prezidentlik yarışında qələbəsinə gətirib çıxaracaq.

Lakin Liberty Universitetinin Mənəvi İnkişaf məsələləri üzrə vitse-prezidenti Deyvid Nasser Liberty tələbələrinin uşaqların müdafiəsinə ehtiyaclarının olduğu fikri ilə razılaşa biləcəklərini bildirsə də, deyib ki, “ana bətnində olan uşaqların bizim müdafiəmizə daha çox ehtiyacı var”.

Sizcə dünya tarixində ən zəngin ölkənin 20 faiz uşaqlarının yoxsulluq içində yaşaması mənəvi baxımdan doğrudur mu

Sanders insanların dərinlərinin rənginə görə diskriminasiyaya uğramalarının “qəbuledilməz” olduğunu söyləyəndə, Nasser buna etiraz edərək “irqiçilik dəri məsələsi deyil, günah məsələsidir” deyə cavab verib.

Prezident Barak Obama 2016-ci il prezident seçkilərində iştirak etməyə bilər, amma bazar ertəsi o, Ayovaya səfər edib. Ölkədəki ilk ilkin seçkilər də fevral ayında Ayovada baş tutacaq.

Obama Ayovanın paytaxtı De Moin-ə North High School məktəbində keçirilən sual-cavab sessiyası zamanı adminstrasiyasının təhsil üzrə təşəbbüslərini təbliğ etmək məqsədilə gedib.

2008-ci ildə Obama Ayovada rəqibi Hillari Klinton üzərində qələbə çalıb. 2012-ci ildə isə prezidentliyə namizəd olaraq ən son mitinqini də De Moində keçirib.

Barak Obama Ayovada məktəblilər önündə çıxış edərkən

Barak Obama Ayovada məktəblilər önündə çıxış edərkən

Obama Ayovada Demokrat namizədlərə dəstəyini sərgiləmək üçün olsa da, o, forumdakı çıxışın zamanı universitetə daxil olmaq və təhsil haqları barədə danışıb. Bundan əlavə Obama bu il universitetlərə sənəd göndərən qızı Maliaya da bir məsləhət verib: “universitetə daxil olanadək qiymətlərini yüksək tut, daxil olandan sonra isə universiteti bitirməyə çalış.”

Demokrat namizdəd Hillari Kliton isə Sedar Fols-da yerləşən Şimali Ayova Universitetində çıxış edib.

Sanders kimi Klinton da gəlir bərabərsizliyi barədə danışıb. “Sən işləyirsənsə və öz öhdəliklərini yerinə yetirirsənsə, sən irəli getməlisən. Amerikada vəziyyət belə olmalıdır və nəsillər boyu da bu, belə olub.”

Klinton “Amerikanın” hər kəs üçün çalışacağını” təmin edəcəyini deyib, lakin həmçinin qeyd edib ki, dövlət katibi olduğu dövrdəki fəaliyyəti onu İslam Dövləti qrupu kimi “insana gecə yatmaq imkanı verməyən” problemləri həll etməyə hazırlayıb.

XS
SM
MD
LG