Accessibility links

"Ali baş komandan, cavab ver bizə!" [Video]


Bu gün saat 16:00-da Bakıda, Fəvvarələr Meydanında əsgər ölümlərinə etiraz aksiyası keçirilir. McDonalds qarşısında bir qrup övladları hərbi hissələrdə dünyasını dəyişən valideyn əllərində övladlarının portretləri çıxış edərək ordudakı özbaşınalıqlara, ölüm hallarına etiraz ediblər. Onlardan biri - Qazax rayonundan olan Nazilə Ağalarova deyib ki, orduya gedən əkiz oğullarından "biri məzarda, biri də hospitaldadır".


Azadlıq qəzetinin məlumatına görə, daha sonra yüzlərlə gəncin, valideyn və başqa sakinlərin qatıldığı izdihamlı yürüş keçirilib. Yürüş zamanı "Əsgərlərimiz ölməsin, ordu morqa dönməsin!" kimi əsgər ölümlərinə etiraz bildirən şüarlar səsləndirilib. Aksiya iştirakçılarının əllərində dövlət bayraqları, müxtəlif vaxtlarda hərbi hissələrdə dünyasını dəyişən əsgərlərin fotoları olub.

Polis aksiyaçıları «Fəvvarələr» meydanından çıxarmağa çalışıb.

Aksiyaçılar Azərbaycan kinoteatrının yanından bulvara tərəf sıxışdırılıblar. Polis kordonunun arxasınca da etirazçılar gəlməkdə davam edir. Bulvara çatan etirazçılar orada hamılıqla yerə oturublar.



“Media forum” saytının əməkdaşı xəbər verir ki, polis aksiyaçıları sıxışdırıb uzaqlaşdırmağa çalışsa da, buna çətinliklə nail ola bilib. Ən fəal gənclər saxlanılıb.

“Əsgər ölümünə SON” kampaniyasına “Facebook” sosial şəbəkəsində, ordunun Daşkəsəndəki hərbi hissələrinin birində qulluq edən əsgər Ceyhun Qubadovun ölümündən sonra start verilib. Aksiyaya siyasi partiyaların gəncləri də qoşulub.

Ceyhun Qubadov yanvarın 7-nə keçən gecə dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bəyan olunub. Yaxınları onun döyülərək öldürüldüyünü iddia edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG