Accessibility links

Nərmin Rəhimli: “5 qəpik” kampaniyası həm də yüksək məbləğdə cərimələrə etiraz aksiyasıdır [Audio]


Nərmin Rəhimli

Nərmin Rəhimli

Yanvarın 15-də 873 manat 4 qəpik toplanıb. Aksiyada bu gün 3695 ədəd 5 qəpik olmaqla, cəmi 5031 ədəd qəpik toplanıb

“5 qəpik” kampaniyası həm də toplaşmaq azadlığını həyata keçirən insanların yüksək məbləğdə cərimələnməsinə etiraz aksiyasıdır. Bu barədə ictimai fəalların “5 qəpik” kampaniyasının təsisçilərindən biri Nərmin Rəhimli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.


Yanvarın 12-də minlərlə insan “Əsgər ölümünə son!” şüarı ilə etiraz aksiyası keçirib. Aksiyada iştirak edən 20-dən çox fəal məhkəmələr tərəfindən 600 manatadək cərimə olunub. Gənc fəallar hökumətin bu addımına etiraz olaraq “5 qəpik” kampaniyasına başlayıb. Kampaniyanın məqsədi həm yüksək cərimələrə etiraz, həm də fəalların cərimələrinin ödənilməsində vətəndaşların iştirakını təmin etməkdir.

Ötən il parlament icazəsiz aksiyalarda iştiraka görə cərimələrin miqdarını 10 dəfələrlə artırıb. Qanunu prezident imzalayıb və 2013-cü il yanvarın 1-dən qüvvəyə minib.
“5 qəpik” kampaniyası yanvarın 15-də başlayıb. “Bir gündə 600 AZN-dən çox vəsait toplanıb. Bunun 300 manatı qəpiklərlə toplanıb”, Rəhimli qeyd edib. Onun fikrincə, qəpiklərin toplanması vətəndaşların çox sivil bir etiraz aksiyasıdır.

“Ümid edirik ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edəcək. Ləğv etməzsə Avropa Məhkəmısinə şikayət ediləcək. Yəqin ki, Avropa Məhkəməsi aksiya iştirakçılarına yüksək məqbləğdə cərimələr müəyyən edən qanunun Avropa Şurası üzvü olan ölkə üçün qəbuledilməz olmasını müəyyən edəcək. Qanunun Avropa İnsan Haqları Konvensiyasına zidd olması sübut olunacaq və Azərbaycanda qanunvericiliyə dəyişikliklər edilməsi tələb olunacaq”.

Nərmin Rəhimli deyib ki, Apellyasiya Məhkəməsi cərimələri ləğv edərsə toplanan vəsait hərbi xidmət zamanı dünyasını dəyişmiş əsgər və ya şəhid ailələrinə veriləcək.

“5 qəpik” kampaniyasının son məlumatı:

Aksiyada yanvarın 15-də 113 şəxs iştirak edib.
Manatla - 667 AZN
Qəpiklərlə - 206.4 AZN
CƏMİ - 873.04 AZN
Aksiyada təkcə bu gün 3695 ədəd 5 qəpik olmaqla, cəmi 5031 ədəd qəpik toplanıb.
XS
SM
MD
LG