Accessibility links

Bəşər Əsəd: Hakimiyyəti tərk etməklə bağlı Rusiya heç nə deməyib


ABŞ dövlət katibi Con Kerri Suriyada atəçkəsin elan edilməsi və sülh əldə olunması yollarının müəyyənləşdirilməsinə nail olmaq məqsədi ilə Moskvaya səfər etdiyi ərəfədə Suriya prezidenti Bəşər Əsəd Rusiyanın ondan qüvvələri geri çəkməsini tələb etmədiyini deyib.

Rusiyalı siyasətçilər sövdələşmirlər. Bu dəyərlərə əsaslanır

NBC News kanalına müsahibə verən Əsəd Rusiya və ABŞ arasında onun hakimiyyəti tərk etməsi ilə bağlı danışıqlar barədə söz-söhbətlərə baxmayaraq nə Rusiya xarici işlər naziri Lavrovun, nə də prezident Vladimir Putinin ondan qüvvələri geri çəkməyi tələb etmədiyini deyib.

“Rusiyanın siyasəti razılıqlara meylli deyil. Onlar öz maraqlarına əsaslanır,” deyə Əsəd bildirib. O, əlavə edib ki, Rusiya hakimiyyətdən getməklə bağlı heç vaxt “bir söz belə” deməyib.

“Yalnız Suriya xalqı kimin prezident olacağını, nə vaxt gəlib, nə vaxt gedəcəyini müəyyənləşdirə bilər,” deyə Əsəd qeyd edib.

Con Kerri bu gün Suriyada atəşkəsin bərqərar olunmasında Rusiyanın səylərini və İŞİD-ə qarşı mübarizədə hərbi əməkdaşlığı müzakirə etmək məqsədi ilə Moskvadadır.

ABŞ Suriyada ekstremistlərə qarşı hava hücumlarını davam etdirir. İraq isə ayın əvvəlində İŞİD-dən mühüm əraziləri geri alıb.

Müsahibəsində Bəşər Əsəd Amerikanın səylərini “qeyri-ciddi” qiymətləndirib.

“Reallıq ABŞ hava hücumlarının başladığından bəri terrorizmin yayıldığını və artdığını göstərir. Yalnız Rusiyanın müdaxiləsi nəticəsində terrorizm azalmışdı,” deyə Əsəd əlavə edib.

XS
SM
MD
LG