Accessibility links

Bəşir Süleymanlı: Hökumət vətəndaş cəmiyyətini eşitməlidir [Video-Müsahibə]


Əfv olunmuş hüquq müdafiəçisi Amerikanın Səsinə danışır

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru, hüquq müdafiəçisi Bəşir Süleymanlı prezident İlham Əliyevin dünənki əfv fərmanı ilə həbsdən azad edilib. Süleymanlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, o daha çox siyasi məhbusun əfv olunacağını gözləyirmiş.

İstərdim ki, əfv daha çox siyasi məhbusu əhatə etsin. Fikirləşirdim ki, hardasa 10-dan çox siyasi məhbus azadlığa çıxa bilər.

“Bir az məyus oldum. İstərdim ki, əfv daha çox siyasi məhbusu əhatə etsin. Fikirləşirdim ki, hardasa 10-dan çox siyasi məhbus azadlığa çıxa bilər. Arzu edirəm ki, növbəti əfvdə daha çox siyasi məhbusu azadlıqda görək”.

O ittihamlarla bağlı deyib ki, “biz bu əməlləri törətməmişik”.

“Mənimsəmə, vergidən yayınma kimi ittihamlar QHT-lərə şamil oluna biilməz. Çünki QHT qrant əsasında işləyir və qrantın mənimsəmə mexanizmi yoxdur. Hətta mənimsəmə olsa da qrantın qaytarılma mexanizmi yoxdur. Belə ki, mənimsənilən pulun qaytarılacağı ünvan da yoxdur. Vergidən yayınma da QHT-lərə aid deyil, çünki əlavə dəyər vergisindən azaddırlar. Təbii ki, bizi mənimsəmədə, vergidən yayınmada, qanunsuz sahibkarlıqda ittiham etmək əsassızdır”, Süleymanlı qeyd edib.

Bəşir Süleymanlı

Bəşir Süleymanlı

Hüquq müdafiəçisi hesab edir ki, hazırda həbsdə olan QHT fəalları da azadlığıa buraxılmalıdır.

“Azərbaycanda QHT-lər, vətəndaş cəmiyyəti üçün normal mühit yaradılmalıdır. Çünki vətəndaş cəmiyyəti dövlətin inkişafına xidmət edən bir nömrəli institutlardır”.

O hüquq müdafiəçisi kimi həbsxanalar və istintaq təcridxanalırnda saxlandığı zaman müşahidələr aparıb və təklifləri var.

Hökumət vətəndaş cəmiyyətini eşitməlidir. Onların təkliflərini qiymətləndirməlidir, əməkdaşlığa açıq olmalıdır. İctimiayyət də vətəndaş cəmiyyəti ilə işləməyə hazır olmalıdır.

“Həbs yerlərində əvvəlki illərlə müqayisədə məhbuslara qarşı münasibətdə yumşalma var. Amma bütün hallarda islahatlara ehtiyac var. Mən Ədliyyə, Penitensiar sistemdə islahatlarla bağlı yeni təklifklər üzərində işləmək istəyirəm. Məhbusların saxlanması ilə bağlı da yeni münasibət olmalıdır. Bir neçə dəfə həbsdə olanlarla, ilk dəfə həbsdə olanları eyni müəssisədə saxlamaq düzgün deyil”.

Süleymanlı həbsdə olan insanlar arasında 35 yaşa qədər olanların çoxluq təşkil etdiyini bildirib.

“Cinayətlərin spektrində isə narkotiklə bağlı cinayətlərdə ittiham edilənlər çoxluq təşkil edir. Hesab edirəm ki, ölkədə narkotik alverinin, qaçaqmalçılığının qarçşısının alınması istiqamətində sosial tədbirlər həyata keçirilməlidir. Həbslə bu cinayətlərin qarşısını almaq mümkün deyil”.

O, hökumətin QHT-lərin təkliflərini müzakirəyə çıxarmasını vacib sayır.

“Hökumət vətəndaş cəmiyyətini eşitməlidir. Onların təkliflərini qiymətləndirməlidir, əməkdaşlığa açıq olmalıdır. İctimiayyət də vətəndaş cəmiyyəti ilə işləməyə hazır olmalıdır”.

Süleymanlı ona dəstək olduğuna görə yerli və beynəlxalq ictimaiyyətə, mediaya və jurnalistlərə minnətdarlıq edib.

XS
SM
MD
LG