Accessibility links

Senat Betsi DeVosu ABŞ-ın təhsil naziri vəzifəsinə təsdiq edib


Betsi DeVos
Betsi DeVos

ABŞ-ın vitse-prezidenti Mayk Pens Senatda prezident Donald Trampın təhsil naziri vəzifəsinə nominasiya etdiyi Betsi DeVosun namizədliyinin təsdiqi ilə bağlı səsvermənin taleyini həll edib. Amerika tarixində ilk dəfədir ki, prezidentin kabinetinə irəli südüyü namizədin təsdiqi üçün vitse-prezidentin səsindən istifadə edilib.

DeVosun əleyhinə bütün demokrat qanunvericilər və iki respublikaçı senator səs verib. Şagirdlərin özəl məktəblərə göndərilməsi üçün ailələrin ictimai məktəblərin fondlarından istifadəsinin tərəfdarı olan DeVosun təsdiqi ilə bağlı səsvermə 50 leyihə, 50 əleyhinə ilə nəticələndikdən sonra vitse-prezdent Pens həlledici lehinə səs verib. Səsermənin bərabər keçdiyi halda ABŞ Konstitusiyası belə bir addımın atılmasına yol verir.

Vitse-prezident Mayk Pens
Vitse-prezident Mayk Pens

"DeVos çox yaxşı təhsil naziri olacaq"-deyə 1990-cı illərin əvvələrində prezident Buş atanın hakimiyyəti dövrü təhsil naziri olmuş Tennessi ştatından senator Lamar Aleksandr bildirib.

İctimai təhsil bizim ölkəmizin yarandığı vaxtdan şəraitin və ya doğuluşun yaratdığı sədlərə baxmayraq, uğur qazana bilmək haqda Amerika ideyasının kökündə olub.
Kris Mörfi

Senator deyib ki, DeVosun tərəfdarı olduğu məktəb seçimi təşəbbüsü ictimai təhsil sahəsində rəqabətə yol açacaq və azgəliri ailələrdə şagirdlərə imkanlı ailələrdən gələn şagirdlərlə eyni imkanlar təmin edəcək.

"Azgəlirli ailədən olan uşağın zəngin ailədə olduğu kimi özəl məktəbə getmək imkanı ideyası mənə görə olduqca Amerika ideyası kimi görünür"-deyə senator fikrini tamamlayıb.

"De Vos hər bir işağın parlaq gələcəyi olması üçün bizim təhsil sistemimizin yaxşılaşdırılması işinə sadiqdir"-deyə Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell bildirib.

Demokratlar təhsil naziri vəzifəsinə namizədin təsdiqi ilə bağlı səsvermədən öncə onun nominasiyasının əleyhinə 24 saat ərzində müzakirələr aparıb.

De Vos hər bir işağın parlaq gələcəyi olması üçün bizim təhsil sistemimizin yaxşılaşdırılması işinə sadiqdir.
Mitç Makkonnell

"İctimai təhsil bizim ölkəmizin yarandığı vaxtdan şəraitin və ya doğuluşun yaratdığı sədlərə baxmayraq, uğur qazana bilmək haqda Amerika ideyasının kökündə olub"-deyə demokrat senator Kris Mörfi bildirib.

Senatda BetsiDeVosun ABŞ-ın təhsil naziri vəzifəsinə təsdiqi ilə bağlı səsvermə
Senatda BetsiDeVosun ABŞ-ın təhsil naziri vəzifəsinə təsdiqi ilə bağlı səsvermə

Zəngin iş adamı olan DeVos heç vaxt məktəb müəllimi, ya da müdir kimi işləməyib. Lakin o, özəl və ictimai məktəblər arasında maliyyə resursları arasında rəqabət tərəfdarı olub. Söhbət onun övladlarını özəl məktəblərə göndərmək istəyən aillərə hökumət vauçerlərinin verilməsi təklifindən gedir.

Respublikaçılar DeVosa azad rəqabət tərəfdarı kimi təhsil sahəsində stimumallaşdırma yarada biləcək bir namizəd kimi baxdığı zaman, demokratlar onun onsuz da məhdud büdcə resursları hesabına lazımsız maliyyə israfçılığına yol verə biləcəyini düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG