Accessibility links

Bəxtiyar Hacıyev cərimə edilib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Xırda xuliqanlıqda günahlandırılan siyasi fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi yekunlaşıb. Yasamal Rayon Məhkəməsi avqustun 17-də B. Hacıyevi 100 manat cərimə edib.

Hacıyev qərarın əsassız olduğunu deyib. "Məhkəmə qərarı yalançı şahid ifadələri əsasında qəbul edib".

Siyasi fəal qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Avqustun 14-də yol polisinin əməkdaşları Hacıyevə qarşı protokol tərtib edərək onun avtomobilini Yol Polisinin cərimə meydançasına aparıb. Hacıyev həmin gün polis əməkdaşlarının onu təhqir etdiyini bildirib.

“Avqustun 15-də piyada getdiyim zaman Dövlət Statistika Komitəsinin qarşısında həmin polis əməkdaşı ilə qarşılaşdım və məni təhqir etməsinin səbəbini soruşdum. Həmin polis əməkdaşı yenidən mənə hücum çəkdi, təhqir etdi, paltarımı cırdı. Bu zaman mən Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng etdim. Polis əməkdaşı isə Post Patrul Xidməti çağırdı. Post Patrul Xidməti gəldi, məni 27-ci Polis Bölməsinə apardı. Həmin polis əməkdaşı 27-ci Polis Bölməsində də mənə yumruq atdı, təhqir etdi”, Hacıyev Amerikanın Səsinə bildirib.

Beləliklə, avqustun 15-də Bakının Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə irəli sürülən iddiaya baxış başlayıb. Məhkəmə avqustun 17-də Hacıyevin cərimələnməsi ilə başa çatıb.

Vəkil Adəm Məmmədov bildirib ki, bütün baş verənlər məhkəmənin diqqətinə çatdırılıb və baş verənlərlə bağlı “Təhlükəsiz Şəhər” kameralarındakı videogörüntülərə baxılması təklif edilib. “Lakin məhkəmə bunları nəzərə almadı”.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG