Accessibility links

ABŞ səfirliyi: Həsən Hüseynliyə qarşı xuliqanlıq ittihamı son dərəcə şübhəli görünür


Azərbaycan və ABŞ bayraqları

Azərbaycan və ABŞ bayraqları

ABŞ səfirliyi vətəndaş cəmiyyəti fəalının həbsi ilə bağlı bəyanat yayıb

ABŞ-ın Azərbaycandakı səfirliyi iyulun 14-də 6 il azadlıqdan məhrum edilən "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli barədə bəyanat yayıb.

Sənəddə deyilir ki, Azərbaycanda mülki cəmiyyətə təsir göstərən daha bir hadisə baş verib, Gəncədə böyük hörmət göstərilən QHT lideri Həsən Hüseynliyə 6 il həbs kəsilib.

"Ona qarşı xuliqanlıq ittihamları son dərəcə şübhəli görünür", deyə səfirlik bildirir.

«Bakıdakı ABŞ səfirliyi tələbə mübadiləsi və ingilis dili təlimləri sahəsində Hüseynli ilə yaxından işləyib.

Onun mülayim xasiyyətini, vətəndaş cəmiyyətinin iştirakı və maarifləndirmənin təbliği sahəsində gördüyü işi nəzərə alaraq, istintaqın dediyi kimi, yerli sakinə qarşı bıçaqdan istifadə etdiyinə inanmaq praktik olaraq mümkün deyil. Cənab Hüseynli Azərbaycanda uzun müddətli həbs cəzalarına məruz qalan və sayı artmaqda olan vətəndaş cəmiyyəti fəalları sırasına daxildir", bəyanatda deyilir.

"Azərbaycanın tərəfdaşı olan Birləşmiş Ştatlar ölkənin bütün Azərbaycan vətəndaşlarının hüquqlarına daha böyük hörmət göstərilməsini təşviq edir. Biz tam əminik ki, fundamental azadlıqların dəstəklənməsi Azərbaycanın uzun müddətli sabitliyinə və tərəqqisinə təkan verəcək. Biz həmçinin sözügedən məqsədləri əldə etmək üçün Azərbaycanın hökuməti və insanları ilə işləmək öhdəliyinə sadiqiq", sənəddə qeyd edilir.

XS
SM
MD
LG