Accessibility links

RATİ Avropa Şurasını Azərbaycanda insan hüquqları böhranına göz yummamağa çağırır


İRFS logo

İRFS logo

RATİ jurnalist İlqar Nəsibova qarşı baş vermiş ölümcül hücumla bağlı şok və sarsıntı hissi keçirib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda tanınmış jurnalist İlqar Nəsibova qarşı baş vermiş ölümcül hücumla bağlı şok və sarsıntı hissi keçirdiyini bildirib.

RATİ-nin bəyanatında deyilir:

“Xüsusi zorakılıqla törədilmiş bu hücumun baş verməsi ilə insan hüquqları sahəsindəki narahatedici vəziyyət geriyə dönüşü olmayan bir nöqtəyə çatıb.

Bu hücum ifadə azadlığına dəyər verən hər bir şəxs, xüsusilə də Azərbaycanda ölkənin sədrlik dövrünə təsadüf edən amansız insan hüquqları repressiyasına göz yummağa davam edən Avropa Şurası üçün “oyadıcı bir zəngdir”.

İnsan hüquqlarına qarşı hücum baş verdikdə bunu pisləyən mətbuat bəyanatı vermək Avropa Şurasında həmişəki və gözlənilən bir prosedurdur. Təəssüf ki, repressiya başlanandan bəri biz, kəskin bir bəyanat görməmişik.

Azərbaycanın geosiyasi məqsədlərinə töhfə verdiyi müddətdə öz dəyərlərinə əhəmiyyət verməyən Avropa Şurası tərəfindən xəyanətə uğradıqlarını hiss edən ölkədəki müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və fəallar ümidsizlik içindədirlər.

Avropa Şurasının AŞPA monitorinq prosedurlarından istifadə etməklə Azərbaycandakı hüquq pozuntularını sənədləşdirməli və bu barədə hesabat verməli olması ilə yanaşı, Strasburq hazırkı rejimi insan hüquqları pozuntularına görə cavabdeh tutmaq üçün institutsional tədbirləri də nəzərdən keçirməlidir.

İlqar Nəsibova qarşı baş vermiş hücum hakimiyyətin jurnalistlərə qarşı bir sıra qəddar cinayətləri araşdırmamasının birbaşa nəticəsidir. Bu cinayətlərin sırasına iki jurnalistin – Elmar Hüseynovun və Rafiq Tağının qətli, jurnalist Novruzəli Məmmədovun həbsxanada ölümünə yol verilməsi, jurnalist Xədicə İsmayılovanın davamlı təqib və təhdidə məruz qalması, onun şəxsi həyatına kobud müdaxilə, jurnalistlərə və media nümayəndələrinə qarşı yüzlərlə zorakı hücumlar daxildir.

Azərbaycan hakimiyyəti jurnalist İ.Nəsibova qarşı amansız hücum faktı üzrə dərhal müstəqil və şəffaf istintaqa başlamalı, bu əməli törədən və onları təhrik edən şəxsləri məsuliyyətə cəlb etməlidir. Azərbaycan bitmək bilməyən zorakılıqlara son qoymalı, jurnalistlərə qarşı hücumları açıq şəkildə pisləməli və onların xüsusilə fəaliyyətlərinə görə zorakılığa məruz qaldıqlarını tanımalıdır”.

RATİ Avropa Şurasını və ayrı-ayrı üzv dövlətləri Azərbaycanda insan hüquqları böhranına göz yummamağa, ölkədə fundamental insan hüquq və azadlıqlarının ciddi və davamlı şəkildə pozulmasını pisləməyə çağırıb.

RATİ ölkənin Avropa Şurası qarşısındakı insan hüquqları ilə bağlı öhdəliklərini əsassız olaraq yerinə yetirmədiyinə görə Azərbaycan hökumətini pisləyir.

XS
SM
MD
LG