Accessibility links

Milli Şura: Mehman Hüseynov rejimin Azərbaycan xalqını susdurmaq siyasətinin qurbanıdır


Mehman Hüseynov
Mehman Hüseynov

Milli Şura ölkə ictimaiyyətini və demokratik dünyanı Mehman Hüseynovun həbsinə uca səslə etiraz etməyə, Azərbaycanda ifadə azadlığını tamam sıradan çıxarmaq cəhdləri qarşısında daha qətiyyət və əzmkarlıqla dayanmağa çağırır. Bu barədə qurumun blogerin həbsi ilə bağlı bəyanatında deyilir.

“Milli Şura hakimiyyətə səslənərək, bu rüsvayçı səhvini düzəltməyə çağırır və Mehman Hüseynovun dərhal azad olunmasını tələb edir. Milli Şura bildirir ki, hakimiyyət Mehman Hüseynovun həbsi ilə güddüyü məqsədə çatmayacaq, əksinə həm özünə qarşı xalqın nifrətini artıracaq, həm də dünyada daha artıq nüfuzdan düşəcək, demokratik dünyanın əlavə təzyiq və tənqidləri ilə qarşılaşacaq. Hakimiyyət buna qədər də çox sayda jurnalist və bloqçunu həbs etməklə özünə qarşı tənqid və ifşaların kökünü kəsməyə çalışıb, amma heç bir halda bu, alınmayıb. Milli Şura əmindir ki, bu dəfə də alınmayacaq,” sənəddə qeyd edilir.

Milli Şura hesab edir ki, Mehman Hüseynovu hədəfə gətirən xüsusən də onun məmur-oliqarxların korrupsionerliyini təsdiqləyən silsilə çəkilişləridir.

“Onun tələsik həbs edilməsi haqda son qərarın verilməsinə isə İlham Əliyevin öz həyat yoldaşını birinci vitse-prezident təyin etməsini Mehman Hüseynovun bugünlәrdә videobloqunda ictimai müzakirəyə çıxarması səbəb olub. Azərbaycandakı avtoritar rejim müstəqil və tənqidi səsləri boğur ki, cəmiyyətdə bir ailənin hakimiyyətinə, korrupsionerlərin bütün hədləri aşan soyğunçuluğuna qarşı ictimai etirazlar olmasın. Konkret indiki halda Mehman Hüseynov rejimin Azərbaycan xalqını susdurmaq siyasətinin qurbanıdır,” bəyanatda bildirilir.

Mehman Hüseynov aşağıdakı sorğunu keçirdikdən az sonra məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG