Accessibility links

Azərbaycan Abxaziyada keçirilmiş parlament seçkilərini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycan Respublikası Abxaziyanın müstəqilliyini və nəticə etibarilə martın 12-də Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır.

"Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir", bəyanatda vurğulanır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG