Accessibility links

Azərbaycan Londondakı terroru kəskin şəkildə pisləyir


“Terrora məruz qalan dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır. Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter" səhifəsində bildirib.

Hücumçu və polis zabiti daxil olmaqla Britaniya Parlamenti binası yaxınlığında baş verən hücumda azı 5 adam həlak olub. Rəsmilər baş vermiş insidenti terror aktı kimi qiymətləndirir.

Hücumçu polis zabitini bıçaqladıqdan sonra parlament binası bağlanmışdı. Daha sonra hücumçu polis zabitləri tərəfindən Parlament ərazisində güllələnib.

London Metropolitan Polis Xidmətlərinin əks-terrorizm üzrə rəisi Mark Rouli Parlamentin artıq qapalı olmadığını və cümə axşamından başlanaraq fəaliyyətini davam etdirəcəyini bildirib.

“Biz hücumçunun kim olduğunu bildiyimizi zənn edirirk,” Rouli bildirib. Polis rəsmiləri hücumçunun beynəlxalq terror hücumlarından ilham aldığına inanır.

Bununla belə istintaq davam edirkən rəsmilər hücumçunun adını açıqlamadaqdan imtina edirlər. Polis rəsmiləri habelə hücumda xarici vətəndaşların olub-olmadığını, hansısa xarici ölkə rəsmiləri ilə əlaqə saxlanılıb-saxlanılmadığını deməkdən boyun qaçırıblar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG