Accessibility links

Fransa Xarici İşlər Nazirliyi Azərbaycanda saytların bloklanmasından narahatdır


“Coxsaylı informasiya internet saytların yayımının dayandırılması barədə Azərbaycan hökümətinin qərarından Fransa narahatlığını bildirir”. Bu barədə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf nazirliyinin bəyanatında deyilir.

Sənəddə deyilir ki, Fransa Azərbaycan hökümətinin sərbəst tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə və vətəndaş cəmiyyətlərinin inkişafı və demokratik istitutların möhkəmlənməsi üçün fundamental əsasları təşkil edən fikir və mətbuat azadlıqlarına tam riayyət etməyə çağırır.

Nazirlik bildirir ki, Fransa Azərbaycanda mediaların vəziyyətini daha yaxından izləməkdə davam edəcək.

Mayın 12-də Bakının Səbael rayon Məhkəməsi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin tələbi əsasında azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq Radiosu”), “azerbaycansaati.com” domenlərinə, habelə “Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan (Turan TV), Meydan TV-telekanalına girişə blok qoyulması barədə qərar qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG