Accessibility links

Yaddaşınız qocalır [Video]


Yaddaşınız qocalır
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Yaddaşınız qocalır

Con Hopkins universitetinin nevroloqu bunun beynin yaşlanması da olabildiyini deyir

O siyahı tutur... O sudoku oynayır... Susan Doane unutmamaq üçün əlindən gələn hər şeyi edir.

“Mən unutmamaq üçün hər şey edirəm”

Yaşlılığın bir hissəsi də hər şeyi yadda saxlamaq çətinliyidir. Maşınınızı harda saxladığınız yeri unutmaq və ya açarlarınızı itirmək adamı əsəbiləşdirir. Ancaq bu alzaymer xəstəliyi deyil. Con Hopkins universitetinin nevroloqu deyir ki, bu sadəcə sizin beyninizin yaşlanması da ola bilər.

"Biz beynin kanallarının deqradasiyaya uğradığını görürük və kanallar böyük yollara bənzəyir. Onlar beynin fərqli hissələrini birləşdirir. Bu hissələr bir biri ilə çox yaxşı əlaqə saxlamalıdırlar. Beləliklə gənc beyin bunu yaşlı beyinə nisbətən daha yaxşı edə bilir."

Yaşlı beyinlərin kanallarının sarsılması yeni məlumatlarla köhnə yaddaşdakı məlumatı qarışdıra bilər. Bu isə unutqanlığa və çaşqınlığa səbəb olur. Yaşlı beyinlər haqda daha çox məlumat əldə etmək üçün araşdırmaçılar beynin yaddaşı saxlayan hissəsi adlanan hippokampusa nəzər salıb.

“Biz düşünürük ki, problem insanların oxşar təcrübələri ayırmaq istədikləri və ya fərq qoyduqları zaman yaranır."

MRI rentgenin vasitəsi ilə araşdırmacılar bir-birinə oxşar və ya eyni iki şəkli müqayisə edən könüllülərin hippokampusuna diqqət yetiriblər. Yaşlı insanın beyni bir-birinə oxşar iki şəkil arasında fərqi ayırd etməkdə çətinlik çəkir. Mütəxəssislər yaddaş probleminin hippokampusa gedən beyin kanallarının korlanması ilə izah edir.

“Əgər yeni məlumatı qəbul edən hippokampusa gedən kanallar sıradan çıxıbsa, hippokampusda sadəcə köhnə məlumat qalır və beləliklə yeni məlumat əvəzinə köhnə məlumat istifadə olunur.”

Beynin və ya bədənin yaşlanmasının qarşısını almaq mümkün deyil, ancaq siz prosesi yavaşılada bilərsiniz.

"Mən yaddaşımın zəifləməsinin qarşısını almaq üçün intellekt oyunları oynayıram, qeydlər edirəm, beynimi işlədirəm."
XS
SM
MD
LG