Accessibility links

Elm

Danışıq zamanı beyin necə işləyir [Video]


Hər bir rəssam bilir ki, çəkdiyi şəkildə qaşların formasında, dodaqlarda və ya alındakı qırışlarda dəyişiklik etmək insanın üz ifadəsini dəyişir və başqasının reaksiyasına təsir göstərir.

Yale Universitetinin nevro-alimi Coy Hirsç deyir ki, alimlər individuallar arasında bu qarşılıqlı əlaqənin arxasındakı nevro-sxemi anlamağa çalışırlar.

Coy Hirsç: "Visual informasiya və üz ifadəsi danışıq prosesini kodlaşdıran beynin sistemi ilə kodlanıb. Bu elə bir şeydir ki, əvvəllər çox elə qiymətləndirilmirdi."

Yale Beyin Funksiyası laboratoryasından Hirsç və onun kolleqaları adi danışıqlar zamanı beyində nə baş verdiyini anlamaq istəyirlər. Başa geyilən sensorlu papaq beynin fəaliyyətini qeydə alır. Tədqiqatçı Şaul Yahil və Şav Bronner bir birinə şəkillərdəki obyektləri təsvir edir.

Coy Hirsç: "Bizim əldə etdiyimiz yenilik bundan ibarətdir ki, üz ifadələri danışıq sisteminin şəxsi hissəsidir və şəxsi situasiyalarda istifadə olunur."

Üz-üzə oturub və aralarını bağladıqdan sonra onlar kompyuter ekranındakı düyü, yanan siqaret və ya səbət kimi adi şəkili təsəvvür edirlər.

Başa taxılmış sensorun 64 bağlantısının hər birindən 2.5 sm işıq parıltısı onların beyninə nüfuz edir. İşıqların əks olunmasından asılı olaraq qan damarının həmin an oksigenləşib və ya oksigensizləşməsinə dayanaraq dəyişərək beyindəki aktivlik dərəcəsi görünür.

İnfraqırmızı Spektroskopi cihazı gələn məlumatları qeydə alır və nümunələri göstərir.

Adam Noah: "Biz İnfraqırmızı Spektroskop cihazının qeyd etdiyi psixoloji informasiyanı götürmək və bu məlumatın anatomik mənasını öyrənmək istəyirik."

Princeton Universitetində keçirilən buna oxşar tədqiqat insanların beynini onlar real-həyatda baş verən hadisələri anlatdıqları zaman skan edir və sonra bu hadisələri bir birlərinə dinlədirlər.

Uri Hasson: "Bizim bilmək istədiyimiz budur: Real həyatda danışıq zamanı hadisəyə qulaq asanın beyni hadisəni anladanın beyninə bənziyirmi?"

Alimlər deyir ki, kəşflər onlara ünsiyyətin başlıca elementi olan nevro-sxemi daha yaxşı anlamağa və autism və ya depressiyadan əziyyət çəkənlərdə bunun mahiyyətini görməyə kömək edəcək.

XS
SM
MD
LG