Accessibility links

Beyləqan və Hövsanda da etiraz aksiyaları keçirilib [Foto-Video]


Hovsan qəsəbəsində etiraz aksiyası (Foto MeydanTV-yə məxsusdur)

Hovsan qəsəbəsində etiraz aksiyası (Foto MeydanTV-yə məxsusdur)

Aksiyaçılar qiymət artımı, işsizlik və sosial problemlərdən narazıdır.

Yanvarın 17-də, saat 11 radələrində Bakının Hovsan qəsəbəsinin sakinləri işsizlik, sosial problemlərlə bağlı aksiya keçiriblər. Onlar avtobusların sonuncu dayanacağı olan dairəyə toplaşıblar.

Bu barədə Meydan TV-yə aksiya iştirakçıları məlumat verib. Bildirilir ki, aksiya yerinə dərhal 30-cu polis bölməsinin rəisi, icra nümayəndəsi Ağasəlim Əliyev və 6-7 post patrul maşını gəlib. Etirazçılar tələblərini səsləndirdikdən sonra sakinlərdən bir necəsi Suraxanı rayon İcra Hakimiyyətinə yollanıblar.

Hovsan qəsəbəsində etiraz aksiyası (Foto MeydanTV-yə məxsusdur)

Hovsan qəsəbəsində etiraz aksiyası (Foto MeydanTV-yə məxsusdur)

Aksiyaçılar bildiriblər ki, əgər bir həftə ərzində tələbləri yerinə yetirilməsə, gələn bazar günü təkrar aksiyaya başlayacaqlar.

Bundan sonra aksiya başa çatıb. Heç bir qarşıdurma olmayıb.

Azadlıq qəzetinin verdiyi xəbərə görə isə digər aksiya Beyləqan rayonunda olub.

Bu gün saat 11-13 arası Beyləqan rayon mərkəzində böhranla bağlı aksiya keçirilib. Əhali bahalıq, işsizlik və bu kimi başqa sosial problemlərdən doğan tələblərini səsləndiriblər.

Rayon rəhbərliyi əhalinin aramsız sualları qarşısında aciz qalıb.

Polis aksiyanın başlanğıcında etirazçılara qarşı zor tədbiq etmək istəsə də, toplaşanların kəskin reaksiyasından sonra geri çəkilib.

Rayondakı mənbələr aksiya zamanı heç kimin saxlanmadığını bildirir.

Sakinlər yanvarın 19-da İcra Hakimiyyəti başçısının qəbuluna gedib, tələblərini orada da səsləndirmək niyyətindədirlər.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG