Accessibility links

Beyləqan rayonunun (Bakıdan 265 kilometr cənub-qərb) Milabad kəndindən 1,5 kilometr Daşburun qəsəbəsi istiqamətində tank dayanacağı uçurub və iki avtomobili zədələyərək beton kanala düşüb Xəsarət alan yoxdur. Bu barədə Amerikanın Səsinə Milabad qəsəbə icra nümayəndəliyindən bildiriblər.

Tank yaxınlıqdakı hərbi hissəyə məxsusdur və sürücü əsgər tankı dayandıra bilməyib.
Beyləqan rayon prokurorluğu da faktı Amerikanın Səsinə təsdiq edib. Hazırda hadisə yerində araşdırma aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.
XS
SM
MD
LG