Accessibility links

Müğənni Kris Braun Hollivudda az tanınan aktrisalardan biri olan Beyli Kurranı silahla hədələyib.

Beyli kamera qarşısında kifayət qədər zaman keçirib... Model deyilənə görə 2016-cı ildə Kaliforniya gözəli adını alıb. Amma TMZ-yə istinadən modelin çılpaq şəkilləri üzə çıxdıqdan sonra onun tacı əlindən alınıb.

Görünür Kaliforniya gözəli həddindən artıq açıq-saçıq şəkillər çəkdirdiyinə görə müsabiqələrdə iştirak edə bilməməsindən peşman olub. Buna baxmayaraq Beyli tacını hələ də qaytarmayıb.

Sözsüz Beylinin başqa təcrübələri də olub və hətta çimərlik geyimləri və ziyafət geyimlərinin reklamında çəkilib.

Krislə mübahisə isə Krisin təşkil etdiyi mərasimdə baş verib. Mübahisə zamanı Beyli Krisə barmaq silkələyib. Özündən çıxan Kris isə əvəzində silahını çıxararaq Beylinin üzərinə tuşlayıb və onun mərasimdən getməsini tələb edib.... “Əlbəttə təhqiramiz sözlərlə” və Beyli mərasimdən gedib.

Biz bilirik ki, Beyli Krisin Braunun Hollivud məşhurlarının iştirakı ilə keçirdiyi mərasimdə ilk dəfə qatılırdı.

Hadisədən sonra Kris Braun həbs edilərək dindirilib. Və 250 min dollar verdikdən sonra zaminə buraxılıb.

Deyilənə görə indi məhkəmə olacaq.

XS
SM
MD
LG