Accessibility links

16 mülkü vətəndaşı qətlə yetirən ABŞ əsgərinin məhkəməsi öncəsi dinləmələr keçirilib


Dünən Əfqanıstanda bir neçə uşaq da daxil olmaqla, 16 mülkü vətəndaşı öldürən ABŞ əsgərinin məhkəməsi öncəsi dinləmələri zamanı hərbi prokurorlar dəlillərlə çıxış edib.

Şahidlər Robert Beylsin mart ayının 11-i gecəsi ABŞ ordu düşərgəsini iki dəfə tərk edərək Qəndəhar vilayətində iki kəndə hücum etdiyini deyiblər.

Lakin müdafiə olunan tərəfin şahidləri iki əfqan gözətçisinin iki əsgərin düşərgəyə daxil olduğunu və onlardan birinin daha sonra getdiyini söylədiklərini deyib.

Şahidlər bazar ertəsi verdikləri ifadədə Beylsin qətliyamdan əvvəl əsgər yoldaşları ilə viski içdiyini və qisas qətli barədə Hollivud filmini izlədiyini deyib.

Beyls 16 nəfəri öldürmək də daxil olmaqla, bir neçə qətl cəhdi, təcavüz, narkotiklər və spirtli içkidən istifadə etməkdə ittiham edilir.
XS
SM
MD
LG