Accessibility links

Beynəlxalq QİÇS konfransı başa çatdı


Vaşinqtonda keçirilən bir həftəlik 19-cu Beynəlxalq QİÇS konfransı başa çatıb.

Altı günlük tədbirdə 20,000 nümayəndə, o cümlədən incəsənət ustaları, yüksək səviyyəli siyasətçilər və QİÇS üzrə araşdırmanın ön cəbhələrində savaşan insanlar iştirak ediblər.

ABŞ və başqa donor ölkələrin iqtisadi böhranla üzləşdiyi bir vaxtda araşdırmaların maliyyələşməsi konfransın gündəmində başlıca yer alıb.

Sabiq ABŞ prezidenti Bill Klinton cümə günü konfransın final günüdə nitq söyləyib. O, hamilə qadınlar və anaların müalicəsi üçün pul çatışmadığını deyən səhiyyə işçiləri ilə söhbət etdiyini deyib. ABŞ anadan uşağa yoluxmaların qarşısını almaq üçün anti-QİÇS səylərinə əlavə 80 milyon dollar ayıracağını vəd edib.

Son 22 ildə ilk dəfə olaraq prezident Barak Obama HİV daşıyıcalarının Amerikaya gəlişinə qoyulan qadağaları ləğv edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG