Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı təhqiqatı bağlayıb


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə silahlarının inkişaf etdirilməsi proqramı üzərində işlədiyinə dair iddialarla bağlı opn ildir sürən təhqiqatı bağlayıb.

Agentliyin 35 ölkənin nümayəndəsindən ibarət heyəti təhqiqatın bağlanmasına dair qətnaməni yekdilliklə qəbul edib.

Bu addım Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amanonun heyətə təqdim etdiyi yekun hesabatdan sonra atılıb. O, İranın nüvə silahları istehsalı üzərində işləyib-işləmədiyinə dair aydın cavabların verildiyini bildirib.

İsfahan yaxınlığında nüvə obyektində sentrifuqalar

İsfahan yaxınlığında nüvə obyektində sentrifuqalar

"Agentlik İranın əvvəllər apardığı fəaliyyətlərin bütün detallarını bərpa edə bilməsə də, biz tam mənzərənin dəyərləndirilməsi üçün kifayət qədər elementi aydınlaşdıra bilmişik"-deyə Yukiya Amano agentliyin heyətinə bildirib.

O deyib ki, ekspertlər İranın əsas etibarilə 2003-cü ildən öncə "nüvə partlayıcı cihazın inkişafı ilə bağlı geniş fəaliyyətlərlə məşğul olduğu" haqda nəticə çıxarıb. Yukiya Amano əlavə edib ki, bu fəaliyyətlər elmi təcrübələr çərçivəsindən kənara çıxmayıb və bir sıra "müvafiq texniki vərdişlər və qabiliyyətlər" əldə edilib.

Beynəlxalq Atom Enerjisi Agentliyi bu yaxınlarda açıqladığı hesabatda İranın nüvə silahları istehsalı səylərinin 2009-cu ildən sonra davam etdirdiyinə dair mühüm əlamətlərin olmadığı bildirilib.

İran uzun müddətdir nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini və silah istehsalına yönəlmədiyində israr edirdi.

Amanonun hesabatı İranın müxtəlif obyektlərlə tanış olmaq imkanını təmin etmədiyinə dair Beynəlxalq Atom Enerjisi Agentliyinin dəfələrlə etdiyi şikayətlər də daxil olmaqla, uzun müddətdir qaldırılan sualların cavablandırılması məqsədilə iyul ayında əldə edilmiş razılaşmanın bir hissəsidir.

İran və dünya qüdrətləri arasında nüvə danışıqları

İran və dünya qüdrətləri arasında nüvə danışıqları

İyul ayında İran və Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya arasında nüvə proqramının məhdudlaşdırılması müqabilində beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutan razılaşma əldə edilib.

Razılaşmanın bir hissəsi iranın iddia edildiyi nüvə fəaliyyətləri ilə əlaqədar olaraq Tehrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasından öncə Beynəlxalq Atom Enerjisi Agentliyinin təhqiqatı başa çatdırmasını və İranın əməkdalıq etdiyini təsdiq etməsini nəzərdə tutur.

Yukiya Amano bəyanatını beynəlxalq razılaşmanın tərəflərini götürdükləri öhdəliklərə əməl etmək çağırışı ilə bitirib.

XS
SM
MD
LG