Accessibility links

Yeni ekipaj Beynəlxalq Fəza Stansiyasına yetişib


NASA-nın astronavtı Ketlin Rubins, Rusiya kosmonavtı Anatoli İvanişin və Yaponiya astronavtı Takuya Onişi
NASA-nın astronavtı Ketlin Rubins, Rusiya kosmonavtı Anatoli İvanişin və Yaponiya astronavtı Takuya Onişi

Üç nəfərdən ibarət ekipajl daşıyan Soyuz kapsulu şənbə günü səhər Yer kürəsindən 400 kilometr hündürlükdə Beynəlxalq Fəza Stansiyasına yetişib.

NASA-nın astronavtı Ketlin Rubins, Rusiya kosmonavtı Anatoli İvanişin və Yaponiya astronavtı Takuya Onişi cümə axşamı günü Rusiyanın Qazaxıstanda Baykonur kosmodromundan kosmik fəzaya göndərilib.

Beynəlxaq heyət dörd ay müddətində kosmik fəzada qalacaq.

Beynəlxalq Fəza Stansiyasının yeni ekipajı Soyuz kosmik gəmisi ilə Baykonur kosmodromundan fəzaya göndərilir
Beynəlxalq Fəza Stansiyasının yeni ekipajı Soyuz kosmik gəmisi ilə Baykonur kosmodromundan fəzaya göndərilir

​Ketlin Rubins xərçəng və yoluxucu xəstəliklər üzrə mütəxəssisdir. O, kosmik fəzada DNK molekulunun ardıcıllıq quruluşunu tədqiq edəcək.

Üç nəfərdən ibarət ekipaj Beynəlxalq Fəza Stansiyasında amerikalı Ceff Ulyams və Rusiya kosmonavtları Oleq Skropoçka və Aleksey Ovçininlə birgə işləyəcək.

NASA beş il bundan əvvəl Şattl proqramlarının sona çatdırılmasından sonra kosmik fəzaya astronavtları Rusiyanın Soyuq kosmik gəmisi vasitəsilə göndərir. ABŞ-ın fəza və aeronavtika agentiyi 2018-ci ilə qədər Boeing və SpaceX şirkətlərinin istehsal etdiyi kosmik gəmilər vasitəsilə Beynəlxalq Fəza Stansiyasına ucuşların bərpa ediləcəyinə ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG