Accessibility links

Beynəlxalq Qızıl Xaç Komitəsindən vasitəçilik təklifi


Beynəlxalq Qırmızı Xaç Komitəsi

Beynəlxalq Qırmızı Xaç Komitəsi

Komitə müvafiq hakimiyyət orqanları ilə əlaqə saxlayır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdə itkin düşmüş şəxslərlə bağlı tərəflərə neytral vasitəçiliyini təklif edib.

Bunu APA-ya BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O qeyd edib ki, Komitə münaqişə tərəflərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün öz aktiv dəstəyini təklif edib və müvafiq hakimiyyət orqanları ilə əlaqə saxlayır.

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə hərbi əməliyyatlar başlayıb. Hər iki tərəfdən itkilərin olduğu deyilir.

Tərəflər aprelin 5-i saat 12:00-dan etibarən əməliyyatların dayandırılması haqda razılığa gəliblər.

XS
SM
MD
LG